Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yanvar-mart ayları ərzində Zərdab rayonunun pərakəndə ticarət dövriyyəsi

02 may 2018 | 16:00

2018-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 6,9 faiz üstələyərək 21312,5 min manat olmuşdur. Ticarət dövriyyəsinin 12340,0 min manatını ərzaq məhsulları, 8972,5 min manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 53,9 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 8,4 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik mallarının, 4,9 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,9 faizi mebellərin, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur.
2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 6,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 93,6 faizi fiziki şəxslər  tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 121,8 manat və ya 2017-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 6,6 manat çox olmuşdur.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.
    
Zərdab Rayon Statistika İdarəsi

Keçidlər