Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayının gəlişi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirildi

08 may 2018 | 16:00

Ramazan ayının gəlişi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar, yerli icra və bələdiyyə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, fəal ictimaiyyət nümayəndələri  və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar regional şöbəsinin müdiri Əzim Rəfiyev iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev tədbir iştirakçılarını Ramazan ayının gəlişi, faşizm üzərində qələbənin 73-cü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik etmişdir. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən danışmış, müqəddəs Ramazan ayının gəlişi ilə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüşdə çıxış edən dindarlar ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Sonda iştirakçıların təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər