Şriftin ölçüsü :

Saytın rəngi :

Dəli Quşçu kənd körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

10 may 2018 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində Zərdab rayonunda 35 yerlik Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib. Zəruri ləvazimat və avadanlıqlarla təchiz edilən təlim-tərbiyə ocağının qrup və yataq otaqlarında nümunəvi şərait yaradılıb. Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev körpələri, valideyn və tərbiyəçiləri, kənd sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, son illər rayonda yeni məktəb binalarının, uşaq bağçalarının tikilməsi və ya əsaslı təmiri dövlətin təhsilə qayğısının bariz nümunəsidir. Digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda körpələr evində yaradılan şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər