Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonu respublikada barama tədarükündə ən yüksək nəticəyə nail olmuşdur

21 iyun 2018 | 16:00

Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində Zərdab rayonunda xeyli iş görülmüşdür.
2016-cı ildə bölgü üzrə rayon üçün 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılmışdır. Normal bəsləmə aparılmış, nəticədə 5710 kq barama yığılaraq “Şəki-İpək” ASC-yə təhvil verilmiş və kümçülərə  45680 AZN vəsait ödənmiş, 225 nəfər rayon sakini mövsümü işlərdə çalışmışlar.
2017-ci ildə bölgü üzrə 480 qutu (9120 qram) inkubasiya olunmuş barama qurdu toxumu kümçülərə paylanılmış, normal bəsləmə aparılmış, nəticədə 27 ton 55 kq barama tədarük olunmuşdur ki, bu da əvvəlki ilin göstəricisindən 4 dəfə çoxdur. Rayon üzrə proqnoz tapşırığa 112,7 faiz əməl edilmişdir. Bu, respublikada ən yüksək göstəricidir. Barama qurdunun bəslənməsində 611 nəfər rayon sakini çalışmış, təhvil verilmiş baramaya görə kümçülər 243 min manat vəsait almışlar. Barama istehsalçıları ilə Rayon İcra Hakimiyyətində görüş keçirilmiş, ən yüksək nəticə əldə etmiş baramaçılara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdir.
Barama tədarükü sahəsində yüksək nəticə əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2017-ci il tarixli sərəncamı ilə rayonun Məlikli kənd sakini Abbasov İsrayıl İsmayıl oğlu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.
2017-ci ilin avqustunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edərkən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev 2018-ci ildə zərdablıların 50 ton barama təhvil verəcəyi barədə ölkə başçısı qarşısında öhdəlik götürmüşdür.
Bu sahənin inkişafına göstərilən dövlət qayğısından ruhlanan zərdablılar 2018-ci ildə 1300 qutu (24700 qram) barama qurdu qəbul edərək normal bəsləmə aparmış, nəticədə 53 ton 880 kq barama tədarük edərək respublikada ən yüksək göstəriciyə nail olmuşdur. Bu sahədə 2 min nəfərdən çox rayon sakini mövsümi işlərlə təmin olunmuşdur.

Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermiş kümçülər barədə məlumat

1.  Zərdab şəhəri - Aslanov Namiq Nəriman oğlu - 571 kq
2.  Məliklikəndi - Abbasov İsrayıl İsmayıl oğlu - 518 
kq
3.  Şıxbağı kəndi - Xəlilov Surxay Xəlil oğlu - 355 kq
4.  Alıcanlı kəndi - Cavadov Ərşah Cavad oğlu - 337 kq
5.  Pərvanlı kəndi - Abdulov Mahmud Maqsud oğlu - 330 kq
6.  Bıçaqçı kəndi - Yusifov Çingiz Seyidağa oğlu - 284 kq
7.  Gəlmə kəndi -  Ələkbərov Tural Rafael oğlu - 274 kq
8.  Gödəkqobu kəndi -  İxtiyarov Kapitay Xalid oğlu - 267 kq
9.  Əlibəyli kəndi - Mikayılov İlşad Fikrət oğlu - 261 kq
10.  Gəlmə kəndi - Teymurzadə Teymur Abdul oğlu - 246 kq

Zərdab rayonu üzrə 2018-ci ildə ən çox barama təhvil vermiş inzibati ərazi dairəsi üzrə nümayəndəliklər barədə məlumat

1. Şıxbağı  - 4597,5 kq
2. Şahhüseynli - 4004 
kq
3. Bıçaqçı - 3427 kq
4. Əlvənd - 3048 kq
5. Məlikli - 2904 kq
6. Şəftəhal - 2524 kq
7. Körpükənd - 2462 kq
8. Alıcanlı - 2426 kq
9. Məmmədqasımlı - 2147 kq
10. Dəli Quşçu - 1965 kq

Keçidlər