Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

19 iyul 2018 | 16:00

Zərdabda Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib. Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə ali diqqət və qayğının göstərildiyini qeyd edən Lütvəli Babayev Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını vurğulayıb.
Tədbirdə  Rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Zərdab şəhər “Cümə” məscidinin din xadimləri Feyzulla Tağıyev və Şahsuvar Əmiraslanov da çıxış edərək İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğunu bildirərək bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü bildiriblər.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər