Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Alıcanlı-İkinci Alıcanlı avtomobil yolu yenidən qurulur

10 avqust 2018 | 16:00

Zərdabda 4 kəndi birləşdirən, 6500 nəfərdən çox sakinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edən yerli əhəmiyyətli Birinci Alıcanlı-İkinci Alıcanlı avtomobil yolu yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks təmir-tikinti işləri çərçivəsində yolun torpaq yatağının deformasiyaya uğrayan hissələri qazılaraq çıxarılıb, bəzi yerlərdə torpaq yatağı yararlı qrunt materialı ilə qaldırılıb və kipləşdirilib. Bundan başqa müəyyən hissəsi bataqlıq-göl ərazisindən keçdiyi üçün yol yatağı xüsusi bərkitmə texnologiyası əsasında qrunt tökülərək inşa edilib, yol altına borular yerləşdirilib. Yolda yenidənqurma işləri davam etdirilir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər