Şriftin ölçüsü :

Saytın rəngi :

Gəlmə kəndində tikilən körpələr evi-uşaq bağçasında son tamamlama işləri görülür

14 avqust 2018 | 16:00

Ölkə Prezidenti cənab Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə ayrılan 963 min manat vəsait hesabına Zərdab rayonunun Gəlmə kəndində inşa edilən 60 yerlik körpələr evi-uşaq bağçasında son tamamlama işləri görülür. Yeni körpələr evi-uşaq bağçası ikimərtəbəlidir. Bina Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən inşa olunur. Müasir arxitektura üslubunda tikilən binada balacalara hərtərəfli xidmət üçün bütün şərait yaradılacaq. Körpələr evi-uşaq bağçasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər