Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin yanvar-iyun aylarında sənayenin göstəriciləri

20 avqust 2018 | 16:00

Rayon üzrə fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində Zərdab rayonu sənayesində 2371,9 min manatlıq məhsul və xidmətlər istehsal olunmuşdur. Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi qida məhsullarının istehsalı sahəsində 2,6 faiz, elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 70,2 faiz, təbii qazın bölüşdürülməsi və satışı sahəsində 21,4 faiz, suyun yığılması və paylanması sahəsində 2,7 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, fiziki şəxslərdə isə bu göstərici 2,9 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə qeyri-dövlət sektorunun хüsusi çəkisi 5,5 faiz, dövlət sektorunun хüsusi çəkisi isə 94,5 faiz оlmuşdur.
2018-cı ilin yanvar-iyun ayları ərzində sənaye sahəsində çalışanların оrta sayı  425 nəfər, оrta aylıq əmək haqqı 276,4 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 28,0 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində, 64,5 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 7,5 faizi emal sənayesində çalışanlardır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər