Şriftin ölçüsü :

Saytın rəngi :

1176 şagird yerlik Zərdab şəhər 1 nömrəli məktəb-liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib

26 sentyabr 2018 | 16:00

Sentyabrın 26-da bu münasibətlə keçirilən mərasimdə məktəb-liseyin yerləşdiyi binanın şəhərin ən qədim təhsil ocaqlarından biri olduğu vurğulanıb. Bildirilib ki, hələ sovetlər birliyi dövründə 20 nəfər məzun məktəbi qızıl və gümüş medalla bitirib. İndi də rayonda təhsilin inkişafına böyük töhfələr verən məktəb-liseyin məzunlarından son illərdə 13 nəfəri, o cümlədən builki məzunlardan bir nəfəri ali məktəblərə qəbul imtahanlarından 600-dən çox bal toplayıb. Bir nəfər məzun Prezident təqaüdçüsüdür. Məktəb-liseyi ötən dərs ilində bitirən 48 məzundan 32-si, əvvəlki ildəki məzunlardan da 4-ü olmaqla, 36 nəfər müxtəlif ali məktəblərə qəbul olunub.

Ölkəmizdə, o cümlədən Zərdabda təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, bu sahəyə dövlət qayğısından danışılaraq qeyd olunub ki, son 10 ildə rayonda 3092 şagird yerlik 19 məktəb binası tikilib. Bu il Alıcanlı və Burunlu kəndlərində modul tipli ümumi orta məktəb binaları istifadəyə verilib. Daha 5 təhsil ocağı üçün bu cür binaların quraşdırılmasına hazırlıq işləri görülür.

Mərasimin sonunda qonaqlar əsaslı təmir edilən təhsil ocağını gəzib, yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, binanın təmiri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspress-2000” MMC tərəfindən aparılıb.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər