Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirildi

17 oktyabr 2018 | 16:00

YAP Zərdab rayon təşkilatının binasında hərbi xidmətdən tərxis olunan gənclərlə rayon ictimaiyyət nümayəndələrinin  görüşü keçirildi. Görüş iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Görüşdə respublikamızın, o cümlədən rayonumuzun son dövrlər əldə etdiyi sosial-iqtisadi inkişaf barədə məlumat verildi. Bildirildi ki, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də görülən işlər nəticəsində silahlı qüvvələrimiz tək regionda deyil, dünyada olan güclü ordular sıralarına daxil edilmişdir. Qeyd edildi ki, rayonumuzda gənclərin ordu sıralarında hərbi xidmətə hazırlanması istiqamətində son illər çox işlər görülmüş, hərbi vətənpərvərlik tərbiyəsi işləri gücləndirilmişdir. Vətən qarşısında borclarını yerinə yetirməkdən şərəf hissi duyduqlarını deyən hərbi xidmətdən tərxis olunan gənclər onlara göstərilən diqqətdən razılıqlarını bildirdilər. Sonda ordu sıralarından tərxis olunan gənclərə hərbi biletlər və hədiyyələr verildi.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

 

Keçidlər