Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf edir

30 oktyabr 2018 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satılması işi davam etdirilir və heyvanlar arasında aparılan süni mayalanma tədbirləri genişləndirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi artıb. Bu səbəbdən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə daha çox olub.  Hazırda rayonda (01 oktyabr 2018-ci il vəziyyətinə) 54720 baş iri buynuzlu, 113620 baş xırda buynuzlu heyvan var. 01 oktyabr 2018-ci il tarixə ət istehsalı 33055 sentner, süd istehsalı 166815 sentner, yumurta istehsalı 6120 min ədəd, yun istehsalı 1793 sentner olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 6 sentner, süd istehsalı 572 sentner, yumurta istehsalı  3 min ədəd, yun istehsalı 7 sentner artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 01 oktyabr 2018 ci il tarixə 1826 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1006 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olub. Mal qaranın yemə olan tələbatını ödəmək məqsədi ilə hesabat dövründə 19498 hektar yonca sahəsindən 124593 ton quru ot istehsal olunmuşdur.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər