Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

30 yanvar 2019 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 yanvar 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2018-ci il ərzində Zərdab rayonun əhalisinin sayı 403 nəfər və ya 0,7 faiz artaraq 58643 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2018-ci il ərzində rayonda 658, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 12,8 faizi şəhər və qəsəbələrdə, 87,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 348 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
2018-ci il ərzində  Zərdab rayonunda 310 ölüm qeydə alınmışdır. Bundan 4 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 5-9 yaşda 2, 10-14 yaşda – 3, 15-19 yaşda – 3, 20-24 yaşda 2, 25-29 yaşda - 4,  30-34 yaşda - 2, 35-39 yaşda – 7, 40-44 yaşda – 4, 45-49 yaşda - 7, 50-54 yaşda - 23, 55-59 yaşda - 21, 60-64 yaşda - 21, 65-69 yaşda - 25, 70-74 yaşda - 21, 75-79 yaşda - 55, 80-84 yaşda - 62, 85 yaşdan yuxarı - 44 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,8-dən 5,3-ə qədər azalmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2018-ci ildə rayon üzrə 332 nikah və  59  boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 28,8, qadınlar arasında isə 24,2 yaş təşkil edir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna 119 nəfər gələn, Zərdab rayonundan isə  64 nəfər gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 55 nəfər təşkil etmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər