Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ildə sənaye istehsalı 16,3 % artıb

07 fevral 2019 | 16:00

Zərdab rayon sənayesində 2018-ci ildə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 16,3 faiz artaraq 4551,5 min manat  olmuşdur.
Malların istehsalı və хidmətlərin göstərilməsinin həcmi qida məhsullarının istehsalı sahəsində 4,1 faiz, elektrik enerjisinin bölüşdürülməsi və satışı sahəsində 74,2 faiz, təbii qazın bölüşdürülməsi və satışı sahəsində 15,2 faiz, suyun yığılması və paylanması sahəsində 3,2 faiz, tullantıların yığılması və məhv edilməsi sahəsində görülən işin həcmi 0,2 faiz, fiziki şəxslərdə isə bu göstərici 3,1 faiz təşkil etmişdir.
Sənaye sahəsində yüklənmiş mallar, görülən işlər, göstərilmiş xidmətlərin həcmi əsasən elektrik enerjisi, təbii qazın bölüşdürülməsi və satışı sahələri üzrə artmışdır. Sənayedə qeyri-dövlət sektorunun хüsusi çəkisi 7,2 faiz, dövlət sektorunun хüsusi çəkisi isə  92,8 faiz оlmuşdur.
2018-ci il ərzində sənaye sahəsində çalışan işçilərin оrta sayı  441 nəfər, оrta aylıq əmək haqqı 265,7 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 27,0 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində, 66,9 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 6,1 faizi emal sənayesində çalışanlardır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər