Şriftin ölçüsü :

Saytın rəngi :

Qoruqbağı kəndində Zərdab Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixdə Zərdab rayonunun Qoruqbağı kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
İcra başçısı son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir.
Natiq həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən konfrans və müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələlərlə bağlı görüş iştirakçılarını ətraflı məlumatlandırmışdır.
Çıxış edən kənd sakinləri görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə, onları narahat edən məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər