Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda İmişli səyyar "ASAN xidmət" avtobusu vasitəsilə vətəndaşlara səyyar formada dövlət xidmətləri göstəriləcəkdir

27 mart 2019 | 16:00

28 mart 2019-cu il tarixdən etibarən Zərdab rayonunda İmişli səyyar "ASAN xidmət" avtobusu vasitəsilə vətəndaşlara səyyar formada dövlət xidmətləri göstəriləcəkdir. Vətəndaşların göstərilən xidmətlərdən daha rahat formada yararlanması və əl çatanlığını təmin etmək məqsədilə eyni zamanda kiçik səyyar avtomobil vasitəsilə 28 mart 2019-cu il tarixdən etibarən Zərdab rayonunun müəyyən edilmiş kəndlərində  səyyar "ASAN xidmət"in göstərilməsi də nəzərdə tutulmuşdur.

İmişli regional “ASAN xidmət” mərkəzi tərəfindən vətəndaşlara xidmət göstəriləcək Zərdab rayon kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin siyahısı:

Xidmət vaxtı:   Saat 09:00-dan  -  18:00-dək

İmişli regional “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən ərazilərdə vətəndaşlara aşağıda göstərilən sahələr üzrə xidmət göstəriləcəkdir.

  • ümumvətəndaş pasportlarının dəyişdirilməsi və verilməsi
  • sürücülük vəsiqələrinin dəyişdirilməsi
  • doğum haqqında şəhadətnamələrin verilməsi
  • atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin verilməsi
  • ölüm haqqında şəhadətnamələrin verilməsi
  • nikah haqqında şəhadətnamələrin verilməsi (zəruri sənədlər təqdim edildikdə)
Keçidlər