Şriftin ölçüsü :

Saytın rəngi :

USAID-in maliyyə dəstəyi ilə Zərdab rayonunda layihələr həyata keçirilib

17 aprel 2019 | 16:00

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Zərdab rayonunda yeni tibb məntəqəsi inşa edilib, körpələr evi-uşaq bağçası təmir edilib. Rayonun Hüseynxanlı kəndində təmir edilmiş 35 yerlik körpələr evi-uşaq bağçası uşaqları isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edəcək. Gödəkqobu kəndində köhnə tibb məntəqəsini əvəzləyən və icmanın səhiyyə ehtiyaclarını daha yaxşı ödəyə biləcək yeni tibb məntəqəsi inşa edilib. Müayinə və gözləmə otaqlarından ibarət yeni məntəqə Gödəkqobu kəndinin 1700-dək sakininin gündəlik tibbi xidmətlərini yaxşılaşdıracaq.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər