Şriftin ölçüsü :

Saytın rəngi :

Ramazan ayının gəlişi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində din xadimləri ilə görüş keçirildi

02 may 2019 | 16:00

Ramazan ayının gəlişi ilə bağlı Zərdab Rayon İcra Hakimiyyətində din xadimləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, rayonun dini icmalarının sədrləri, din xadimləri, ziyalılar, xidmət təşkilatlarının rəhbərləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar regional şöbəsinin müdiri Əzim Rəfiyev iştirak etmişlər.
Görüşü giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev tədbir iştirakçılarını qarşıdan gələn Ramazan ayı, faşizm üzərində qələbənin 74-cü, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təbrik etmişdir. İcra başçısı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlərdən, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işlərdən danışmış, müqəddəs Ramazan ayının gəlişi ilə bağlı qarşıda duran vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Görüşdə çıxış edən din xadimləri ölkəmizdə bu sahədə görülən işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Sonda iştirakçıların təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər