Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 2 modul tipli məktəb binası istifadəyə verilib

07 may 2019 | 16:00

Zərdab rayonunun Siləyli və Nəzəralılı kəndlərində ibtidai məktəblər üçün hər biri 20 şagird yerlik yeni modul tipli məktəb binaları istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin “Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”  16 mart 2018-ci il tarixli sərəncamına əsasən quraşdırılan binalar ən müasir avadanlıqlarla təmin olunub.
Açılış mərasimlərində çıxış edən Rayon Təhsil Şöbəsinin müdiri Lalə Əmirəliyeva  müəllim və şagirdləri, valideynləri yeni məktəb binalarının açılışı münasibətilə təbrik edib, əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda məktəblərin açılışını bildirəm rəmzi lent kəsilib, iştirakçılar binalarda yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər