Şriftin ölçüsü :

Saytın rəngi :

ZƏRDABDA MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞLƏR KEÇİRİLİB

08 may 2019 | 16:00

1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü ərəfəsində Zərdab rayonundan olan müharibə veteranları ilə görüşlər keçirilmişdir. Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri rayondan olan 5 veteranın hər biri ilə onların evində görüşmüş, bayram münasibətilə təbrik etmiş, problemləri ilə maraqlanmış və onlara maddi yardımlar edilmişdir.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır

Keçidlər