Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib

22 iyun 2019 | 16:00

Zərdabda Dövlət Statistika Komitəsinin sifarişi ilə inşa olunan rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. Doqquz otaqdan ibarət ikimərtəbəli bina “Araz İnşaatçı” MMC tərəfindən tikilib. Müasir arxitektura üslubunda inşa olunan binada idarənin işçiləri üçün bütün lazımi şərait yaradılıb. İyunun 22-də rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışında Zərdab Rayon İcra Hakimiyyətinin Başçısı cənab Lütvəli Babayev çıxış edərək 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində belə bir binanın istifadəyə verildiyini qeyd etmiş və bu münasibətlə idarənin kollektivini təbrik etmişdir. Natiq Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər respublikamızın hər yerində olduğu kimi Zərdabda da həyata keçirilən sosial-iqtisadi layihələrdən, geniş tikinti-quruculuq və abadlıq işlərindən danışmışdır.
Mərasimdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, “Araz İnşaatçı” MMC-nin baş mühəndisi İlham İmanov çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışlar.
Sonra binanın tikintisində fəallıq göstərən Nazim Babaşova hədiyyə təqdim edilmişdir. İştirakçılar yeni inzibati binada yaradılan şəraitlə tanış olmuşlar.

Keçidlər