Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və rabitə barədə

20 avqust 2019 | 16:00

Qədim tarixə malik olan rabitə sahəsi müasir dövrdə yüksək inkişaf səviyyəsinə çatıb. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılır, müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir.
Zərdab rayonunda rabitə üzrə məhsul buraxılışı faktiki qiymətlərlə 282,0 min manat, keçən il isə bu göstərici 280,1 min manat olmuşdur.
2019-cu ilin yanvar-iyun aylarında  rabitə müəssisələrinin yerinə yetirdikləri xidmətlərin 85,8 faizi dövlət, 14,2 faizi qeyri dövlət müəssisələrinin hesabına yaranmışdır.
Dövlət müəssisələrinin tərəfindən yerinə yetirilən xidmətlərin 242,0 min manatı iri,  qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilən xidmətlərin 40,0 min manatı kiçik müəssisələrin payına düşür.
2019-cu ilin yanvar-iyun aylarında  rabitə müəssisələrinin iqtisadi fəaliyyət növləri üzrə ümumi iqtisadi göstəriciləri 282,0 min manat olmuşdur. Əhaliyə göstərilən xidmətlərin dəyəri isə 241,7 min manat olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə rabitə müəssisələri tərəfindən görülən işin həcmi 0,7 faiz, əhaliyə göstərilən xidmətlərin həcmi isə 10,0 faiz artmışdır.
2019-cu ilin yanvar-iyun aylarında  göstərilmiş rabitə xidmətlərinin həcmi 347,1 min manat (o cümlədən əhali üzrə 328,3 min manat) olmuşdur. Bütün rabitə növləri üzrə xidmətlərin  28,6 faizi poçt rabitəsi üzrə (o cümlədən əhali üzrə 94,2 min manat), 0,8 faizi sənədli elektrik rabitəsi üzrə (o cümlədən əhali üzrə 2,5 min manat), 3,9 faizi şəhərarası və beynəlxalq telefon rabitəsi üzrə  (o cümlədən əhali üzrə 9,1 min manat), 11,6 faizi şəhər telefon  rabitəsi üzrə (o cümlədən əhali üzrə 33,9 min manat), 10,9 faizi kənd telefon rabitəsi üzrə (o cümlədən əhali üzrə 36,9 min manat), 44,2 faizi internet xidmətləri üzrə  (o cümlədən əhali üzrə 151,7 min manat) qeydə alınmışdır.                    
2019-cu ilin yanvar-iyun aylarında poçt şöbələrinin ümumi sayı 17 ədəd  olmuşdur. Poçt şöbələrinin 11,8 faizi şəhər poçt şöbələrinin, 88,2 faizi kənd poçt şöbələrinin payına düşür. Təhlil edilən dövrdə məktub korrespondensiyasının ümumi sayı 35353 ədəd olmuşdur. Məktub korrespondensiyaların 14430 ədədi (40,8 faizi) göndərilən, 20923 ədədi (59,2 faizi ) daxil olanlardır. 2019-cu ilin yanvar-iyun aylarında  sifarişli məktub və banderolların sayı 20047 ədəd olmuşdur. Onun 8603 ədədi və ya 42,9 faizi  göndərilən, 11444 ədədi və ya 57,1 faizi daxil olan sifarişli  məktub və banderollardır. Qiyməti bəyan olunmuş göndərişlərin sayı 5 ədəd olmuşdur. Onun 2 ədədi və ya 40,0 faizi göndərilənlər, 3 ədədi və ya 60,0 faizi daxil olanlardır. Poçt bağlamalarının sayı isə 254 ədəd olmuşdur. Onların 123 ədədi və ya 48,4 faizi göndərilən, 131 ədədi və ya 51,6. faizi daxil olan poçt bağlamalarıdır.
Keçən ilin müvafiq dövründə məktub korrespondensiyaların sayı 13555 ədəd, sifarişli məktub və banderolların sayı 8066 ədəd, qiyməti bəyan olunmuş göndərişlərin sayı 14 ədəd, poçt bağlamalarının sayı 83 ədəd olmuşdur.
Araşdırılan dövr ərzində pul baratlarının 8064 ədədi və ya 40,0 faizi göndərilən, 12106 ədədi və ya 60,0 faizi daxil olanlardır. Pul baratlarının məbləği isə 3298,0 min manat olmuşdur ki, onunda 681,7 min manatı göndərilən, 2116,3 min manatı daxil olan pul baratlarının məbləğidir.
Keçən ilin müvafiq dövründə isə pul baratlarının sayı 4987 ədədi, məbləği 626,7 min manat olmuşdur.
Təhlil edilən dövrdə rabitə xidmətlərinə çəkilən xərclər 273.6 min manat olmuşdur. Bu xərclərin 63,0 faizi rabitə müəssisələrinin, 37,0 faizi poçt müəssisələrinin payına düşür.
Əvvəlki ilin müvafiq dövründə göstərilmiş rabitə xidmətlərinin həcmi 325,6 min manat poçt və rabitə xidmətlərinə çəkilən xərclərin həcmi 272,2 min manat olmuşdur.

Zərdab rayon Statistika idarəsi

Keçidlər