Şriftin ölçüsü :

Saytın rəngi :

Burunlu kəndində Zərdab Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilib

21 avqust 2019 | 16:00

Zərdab rayonunun Burunlu kəndində Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
Qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayev son illər ölkəmizdə, o cümlədən rayonumuzda görülən işlər barədə görüş iştirakçılarına ətraflı məlumat vermişdir. Natiq həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi istiqamətində imzaladığı fərman və sərəncamlar barədə iştirakçılara məlumat vermiş, keçirilən müşavirələrdə ölkə Prezidentinin nitqlərindən irəli gələn vəzifələr və digər məsələləri onların diqqətinə çatdırmışdır.
Çıxış edən sakinlər görülən işlərə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirməklə onları narahat edən məsələlərin həllinə, o cümlədən kəndarası yolların əsaslı təmirinə, şirəkeş kanallarının qazılmasına köməklik göstərilməsini xahiş etmişlər.
İrəli sürülən təkliflər və qaldırılan məsələlərin həlli ilə bağlı yerli icra və bələdiyyə orqanlarına, əlaqədar təşkilat rəhbərlərinə icra başçısı tərəfindən müvafiq tapşırıqlar verilmişdir.
Qəbulda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Əlibaba Əliyev iştirak etmişdir.

Keçidlər