Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda pambıq tədarükü davam edir

05 sentyabr 2019 | 16:00

2019-cu ildə Zərdab rayonu üzrə pambıq əkini məqsədilə istehsalçılarla “MKT İK” MMC arasında 1014 hektar üçün, “P-Aqro” MMC arasında 1250 hektar üçün müqavilə bağlanmışdır. Müqavilə bağlanılmış bütün sahələrdə səpin aparılmış, rayon üzrə cəmi 2264 hektar sahədə pambıq əkilmişdir. Artıq rayon ərazisində pambıq tədarükünə başlanılmışdır. Bu günədək rayon üzrə 74,63 ton, o cümlədən “MKT-İK” MMC üzrə 67,20 ton, “P Aqro” MMC üzrə 7,43 ton pambıq tədarük edilmişdir. Pambıq tədarükü davam etdirilir.

Keçidlər