Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdab rayonunda demoqrafik vəziyyət

23 sentyabr 2019 | 16:00

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla əhalinin sıxlığı (1 kv.km düşən əhali) 68 nəfərdir. Zərdab rayonunda  01 iyul 2019-cu il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2019-cu ilin cari 6 ay ərzində Zərdab rayonun əhalisinin sayı 163 nəfər və ya 0,3 faiz artaraq 58930 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.
2019-cu ilin ilk 6 ayı ərzində rayonda 317, hər gün orta hesabla 1-2 körpə doğulmuşdur  ki, onların da 18,6 faizi şəhər və qəsəbələrdə, 81,4 faizi isə kənd yerlərində qeydə alınmışdır. Rayon üzrə təbii artım 171 nəfər olmuşdur. Rayon üzrə orta hesabla bir qadına bütün ömrü boyu  2,2 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur.
Hesabat dövründə  Zərdab rayonunda 146 ölüm qeydə alınmışdır. Bundan 2 nəfəri 1 yaşa qədər ölüm olmuşdur. 1-yaşa qədər ölüm kənd yerlərində qeydə alınmışdır.  Ölənlərin ümumi sayından 1-4 yaşda 1, 25-29 yaşda - 1,  35-39 yaşda – 3,  45-49 yaşda - 5, 50-54 yaşda - 7, 55-59 yaşda - 10, 60-64 yaşda - 15, 65-69 yaşda - 12, 70-74 yaşda - 15, 75-79 yaşda - 16, 80-84 yaşda - 29, 85 yaşdan yuxarı - 30 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 2,3-dən 2,5-ə qədər artmışdır. Ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörəmələrdən, həzm sisteminin xəstəliklərindən və tənəffüs orqanlarının xəstəliklərindən ibarət olmuşdur.
2019-ci il yanvar-iyun ayları ərzində rayon üzrə 139 nikah və 27 boşanma halı qeydə alınmışdır. Birinci nikaha daxil olanların rayon üzrə orta yaş həddi kişilər arasında 28,8, qadınlar arasında isə 24,2 yaş təşkil edir.
Hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Zərdab rayonuna  gələn 17 nəfər,  rayondan isə  25 nəfər gedən qeydə alınaraq miqrasiyanın mənfi saldosu 8 nəfər təşkil etmişdir.
                         

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər