Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edilib

21 noyabr 2019 | 16:00

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstləri qoyublar.
Tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açıb, Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın 27 illiyinə həsr olunmuş "YAP dünənin, bu günün və gələcəyin partiyasıdır" mövzusunda məruzə ilə çıxış edib. Məruzə ətrafında çıxışlar dinlənilib. Sonra Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə çıxış edərək tədbir iştirakçılarını YAP-ın yaranmasının 27-ci ildönümü münasibətilə təbrik edib. O, Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi layihələr, proqramlar barədə məlumat verib, ölkəmizdə qazanılan uğurlardan danışıb. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə vəsiqələr təqdim olunub.

 

Keçidlər