Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində görülən işlər davam etdirilir

12 may 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar–dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların hələ də təkrarlanması faktları da müşahidə olunmuşdur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyayaqarşıamansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarınıda əhatə edəcəyini açıq bildirmişdir.
8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur.Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq hiddətlə qarşılanmalı, ən kəskin tərzdə qınanmalıdır. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu sahədeə qarşıya qoyulan vəzifələrə Zərdab rayonunda da uğurla icra olunur.
Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq rayonun 19 körpələr evi-uşaq bağçasında  koronavirus infeksiyası ilə bağlı yoluxma hallarının qarşısının alınması məqsədilə  təlim-tərbiyə prosesi dayandırıldığı üçün 02.03.2020-ci il tarixdən həmin müəssisələrə tədarük edilmiş, lakin istifadə edilməmiş ərzaq məhsullarının geri qaytarılması mümkün olmadığından onların istifadəyə yararlığının müəyyən edilməsi və təkrar istifadə olunmaması məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının 16.03.2020-ci il tarixli 31 nömrəli Sərəncamı ilə Rayon Komissiyası yaradılmışdır.
Komissiya tərəfindən18-20 mart 2020-ci il tarixlərdə rayonda fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarına tədarük edilmiş ərzaq məhsullarının vəziyyətinə baxış keçirilmiş, istifadəyə yararlı olmayan məhsullar silinərək məhv edilməsi üçün müəssisədən çıxarılmışdır. Monitorinq zamanı şəhər 2 saylı körpələr evi-uşaq bağçasında dövlət tərəfindən ayrılmış ərzaq məhsullarının mənimsənilməsi faktı aşkar edilərək aktlaşdırılmış və müəssisənin müdiri tutduğu vəzifədən azad edilmişdir. Ərzağın saxlanılmasına məsul şəxs olan körpələr evi-uşaq bağçasının təsərrüfat müdiri  fəaliyyətində yol verdiyi nöqsanlara görə müəssisənin fəaliyyətə başlayacağı ilk iş günündə tutduğu vəzifədən azad ediləcəkdir.

Keçidlər