Şriftin ölçüsü :

Saytın rəngi :

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsi 3,4 % artıb

14 may 2020 | 16:00

2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,4 faiz üstələyərək 22700.0 min manat olmuşdur. Ticarət dövriyyəsinin 13570.2 min manatını (59,8%) ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9129.8 min manatını (40,2%) qeyri-ərzaq məhsulları təşkil etmişdir.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 59,8 faizi ərzaq məhsullarının, içkilər və tütün məmulatlarının, 40,2 faizi geyimlər və ayaqqabıların, elektrik mallarının, avtomobil yanacağının, əczaçılıq və tibbi malların, mebellərin, telekommunikasiya avadanlıqlarının və digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunmuşdur. 2020-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının 6,4 faizi hüquqi şəxs statuslu müəssisələr, 93,6 faizi fiziki şəxslər tərəfindən satılmışdır. Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 127,43 manat və ya 2019-cu ilin müvafiq göstəricisindən nominal ifadədə 4,29 manat çox olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər