Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən tənha, xəstə və ahıl insanlara ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilmişdir

17 aprel 2020 | 16:00

Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq Zərdab rayonu ərazisində insanların, xüsusən aztəminatlı ailələrin, yaşı 65-i ötən sakinlərin qayğı və problemləri diqqətdə saxlanılır. 16 aprel 2020-ci il tarixdə 25, 17 aprel 2020-ci il tarixdə isə 30 ailəyə Zərdab Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə ərzaq məhsullarından ibarət bağlama təqdim edilmişdir.

 

Keçidlər