Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda heyvandarlıq inkişaf yolundadır

06 avqust 2020 | 16:00

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta, yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub.  Hazırda rayonda (01 iyul 2020-ci il vəziyyətinə) 54782 baş iri buynuzlu, 114893 baş xırda buynuzlu heyvan var. 01 iyul 2020-ci il tarixə ət istehsalı 20669,0 sentner, süd istehsalı 122352,0 sentner, yumurta istehsalı 4903,0 min ədəd, yun istehsalı 1630 senter olub. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 7 sentner, süd istehsalı 12 sentner, yumurta istehsalı  1 min ədəd, yun istehsalı 2 sentner  artmışdır.
Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2020-ci ilin yanvar-iyun aylarında 1834 baş inək və düyələrdə süni mayalanma aparılmış, 1119 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər