Şriftin ölçüsü :

Saytın rəngi :

"İnşallah, tezliklə üçrəngli bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaqdır."

15 oktyabr 2020 | 16:00

Hörmətli Ali Baş Komandanımız.

Mən Qarabağ uğrunda apardığınız mübarizədə qazandığınız böyük uğurlara görə, eyni zamanda, rəşadətli Ordumuzun qısa bir vaxt ərzində doğma torpaqlarımızın bir hissəsini düşmən tapdağından azad etməsinə görə Sizi və Azərbaycan Ordusunu təbrik edirəm.

Sizin üçün, əsgərlərimiz və dövlətimiz üçün Allaha dualar edir, qurbanlar deyirəm.

İnşallah, bu haqq savaşı Azərbaycanımızın xeyrinə bitər və dədə-baba torpaqlarımız işğalçılardan azad edilər. Qısa bir zaman kəsiyində Siz mənfur düşmənə bir daha sübut etdiniz ki, Qarabağ Azərbaycandır!

Sizinlə, dövlətimizlə, bayrağımızla qürur duyuram və fəxr edirəm. İnşallah, tezliklə üçrəngli bayrağımız bütün Qarabağ torpaqlarında dalğalanacaqdır.

Allah Sizi qorusun, cənab Prezident!

Hörmətlə,

Şəlalə Məmmədova

Azərbaycan Respublikası, Zərdab rayonu, Xanməmmədli kəndi.

Keçidlər