Şriftin ölçüsü :

Saytın rəngi :

"Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır! Yaşasın Azərbaycan! Yaşasın Ordumuz!"

16 oktyabr 2020 | 16:00

Hörmətli cənab Prezident.

Mən Sizi Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız haqlı mübarizədə qazandığınız uğurlara görə, eyni zamanda 30 ilə yaxın xain erməni tapdağında qalan müqəddəs Azərbaycan torpaqlarının Sizin komandanlığınızla şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması münasibətilə təbrik edirəm. İnşallah, tezliklə bütün işğal olunmuş ərazilərimizi geri qaytarıb bayrağımızı həmin ərazilərimizin səmalarında dalğalandıracağıq.

Siz və Ordumuz erməni işğalçılarına Azərbaycanın yenilməz, qüdrətli dövlət olduğunu bir daha sübut etdiniz. Erməni dərk etməlidir ki, 30 ilə yaxın səbr etməyimizin səbəbi sadəcə qan tökülmədən, sülh yolu ilə dədə-baba torpaqlarımızı geri qaytarmaq istəyi olub. İndi isə son damla qanımızadək savaşıb torpaqlarımızı geri almağa hazırıq.

Cənab Prezident, mən Sizin kimi ölkə rəhbərimiz olduğu üçün fəxr edirəm və qürur duyuram. Siz çox məğrur, ölkəsini sevən, xalqının və millətinin qayğısına qalan bir şəxsiyyətsiniz. Siz həmişə bizimlə olduğunuz kimi biz də daim Sizinləyik.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır! Yaşasın Azərbaycan! Yaşasın Ordumuz!

Var olsun Heydər Əliyev yolunun davamçısı Ali Baş Komandanımız İlham Əliyev!

Hörmətlə,

Samir Məmmədov

Azərbaycan Respublikası, Zərdab rayonu, Xanməmmədli kəndi.

Keçidlər