Şriftin ölçüsü :

Saytın rəngi :

"Şanlı Ordumuzun tezliklə çalacağı Qələbə Ulu Öndərimizin və şəhidlərin də ruhlarını şad edəcəkdir."

15 oktyabr 2020 | 16:00

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi və xalqımızı cəbhədə qazanılan qələbələr münasibətilə təbrik edirəm. Otuz illik problemi Siz qısa müddət ərzində həll edirsiniz. Bununla da, Azərbaycan tarixində misli görünməmiş bir tarix yazılır. Bu tarixin müəllifi məhz Sizsiniz. Şanlı Ordumuzun tezliklə çalacağı Qələbə Ulu Öndərimizin və şəhidlərin də ruhlarını şad edəcəkdir.

Mən üç kitab müəllifi olan bir şair kimi 20-30 il əvvəl də şeirlərimdə göstərirdim ki, torpağı bu millət gec-tez alacaq. Bu uğurlara görə şanlı Ordumuzun əsgər və zabitlərinə minnətdaram. Bütün Azərbaycan xalqı Sizin arxanızdadır.

Qarabağ Azərbaycandır! Biz birlikdə güclüyük!

Hörmətlə,

Vəzir Abduləliyev (Vəzir Bəlalı)

Azərbaycan Respublikası, Zərdab rayonu, Otmanova kəndi.

Keçidlər