Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu güc, bu inam biz gəncləri Vətənin müdafiəsinə ruhlandırır."

17 oktyabr 2020 | 16:00

Hörmətli cənab Ali Baş Komandan.

Mən Sizinlə qürur duyuram. Siz Azərbaycanın bütöv, bölünməz olduğunu dünyaya göstərdiniz. Sayənizdə torpağımız düşməndən azad olunur, əminik ki, son qarışına qədər də azad olunacaq.

Siz tarix yazdınız. Mən çox sevinirəm ki, bu günü gördüm. Xalq Sizdən güc alır, dövlətinə, güclü ordusuna inanır. Bu güc, bu inam biz gəncləri Vətənin müdafiəsinə ruhlandırır.

Mən Sizin rəhbərlik etdiyiniz dövlətdə yaşamağımla fəxr edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Rəqsanə Nuralıyeva

Azərbaycan Respublikası, Zərdab rayonu.

Keçidlər