Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabdan cəbhə zonasına sovqat göndərilib

16 oktyabr 2020 | 16:00

Zərdab Rayon Gənclər və İdman idarəsi və könüllülər tərəfindən birgə başladılan "BİZ BİRLİKDƏ GÜCLÜYÜK!" adlı dəstək kampaniyası çərçivəsində cəbhə zonasına ilk səfər baş tutub.
Kampaniyaya qoşulan vətənpərvər həmyerlimizin sayəsində böyük həvəslə hazırlanan sovqatların ön cəbhədə döyüşən igidlərimizə çatdırılması təmin edilib.
Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edən təşkilatçılar vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə mənəvi dəstək olmaqdır. Bu məqsədlə də sovqatların göndərildiyi qutuların üzərlərinə öz ürək sözlərini də yazmağı unutmayıblar.

Keçidlər