Şriftin ölçüsü :

Saytın rəngi :

"Həqiqətən də Azərbaycanımız Heydər Əliyevin şah əsəridir"

28 noyabr 2020 | 16:00

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Uzun illər Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev respublikamızı 1990-cı illərin ağır, acı, dağıdıcı böhrandan çıxararaq onu dünya səviyyəsinə qaldırdı. Haqlı olaraq xalqımız Ümummilli Lideri Yeni Azərbaycan dövlətinin yaradıcısı hesab edirlər. Həqiqətən də Azərbaycanımız Heydər Əliyevin şah əsəridir.

Tarixin gedişi Azərbaycanın Qarabağ dərdinin Ulu Öndərin dövründə həllinə imkan verməsə də, O, bu problemin həllinə ürəkdən inanır və bunu öz çıxışlarında dəfələrlə qeyd edirdi.

Bu gün Ulu Öndərin özü qədər inandığı Şəxsiyyət - bu tarixi missiyanı ləyaqətlə yerinə yetirdiniz. Siz 30 ilə yaxın düşmən tapdağı altında olan Qarabağı Azərbaycanımıza qaytardınız.

Əgər Ulu Öndər Azərbaycanın yaradıcısıdırsa, Siz bütöv Azərbaycanın qurucususunuz. Bəşəriyyət durduqca Azərbaycanımızın bütövlüyünü təsdiq edən sənəddə Sizin imzanız yaşayacaq və gələcək tarixlərdə yaşayanlar da Sizin adınızı həmişə əziz tutacaqlar.

Böyük filosof şair Nəsimi demişkən, dünyada insanlar kamil və cahil insanlara bölünürlər. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, Sizin və bütün türk dünyasının kamilliyi və bu kamillikdə formalaşan Azərbaycan Ordusunun Vətənə, xalqa məhəbbətlə yoğurulmuş qəhrəmanlığı oldu.

Qazanılmış böyük Qələbə münasibətilə Sizi təbrik edir, Azərbaycanımızın firavanlığı və bütövlüyü yolunda Sizə bir daha cansağlığı, uzun ömür və mətin iradə arzulayıram.

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Xəlilov Cavanşir Təhməz oğlu,

Azərbaycan Respublikası, Zərdab şəhəri.

Keçidlər