Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan!"

26 noyabr 2020 | 16:00

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Mən 5-ci sinif şagirdiyəm. İlk əvvəl Sizi Qələbə münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayıram.

Bilirik ki, müharibə insanlar üçün fəlakətdir, faciədir. Amma Vətəni müdafiə etmək çox vacib və qürurverici bir işdir. Torpaqlarımıza göz dikmiş erməni işğalçıları ilə vuruşmalı, mübarizə aparmalı olduq və biz igid əsgərlərimizin canı, qanı bahasına bu mübarizədə qalib gəldik. Səngərdə keşiyimizi çəkən, bizi qoruyan əsgərlərimiz var olsun!

Yaşasın Azərbaycan əsgəri! Yaşasın Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

İsgəndərli Zeynəb Qiyas qızı, şagird.

Azərbaycan Respublikası, Zərdab rayonu, Qaravəlli kəndi.

Keçidlər