Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Hesabat dövründə təhsil sahəsinin inkişafı istiqamətində rayonda aparılan işlər davam etdirilmişdir.

Məlikumudlu kənd tam orta məktəb binasının dam örtüyündə təmir işləri aparılmışdır, Körpükənd kənd tam, Xasa kənd ümumi orta məktəblərində yeni qazanxana sisteminin qurulması işləri davam etdirilir.

Bu il tam orta məktəbi bitirmiş 428 nəfər məzundan 279 nəfəri ali məktəblərə qəbul imtahanlarda iştirak etmək üçün sənəd vermiş, əvvəlki tədris ili ilə müqayisədə 25 nəfər çox olmaqla 188 nəfər məzun müxtəlif ali məktəblərə qəbul olmuş, onlardan 6 nəfəri 600-dən yuxarı bal toplamışdır.

Ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə fənn olimpiadalarının rayon turu keçirilmiş, şəhər 1 saylı məktəb liseyin 2, şəhər 3 saylı tam orta məktəbin 1 şagirdi olmaqla cəmi 3 nəfər şagird olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanmış, final turunda 2 nəfər şagird 3-cü yerə layiq görülmüşdür.

Şəhər 1 saylı məktəb liseyin şagirdi Rüfət Abdullayev və 3 saylı tam orta məktəbin şagirdi Orxan Nuriyev “İctimai” televiziyada yayımlanan “Əlaçı” verilişində iştirak etmişlər.

Hesabat dövründə Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Polis Şöbəsinin, Təhsil sektorunun, Gənclər və İdman idarəsinin, “Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi Şəxsin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşlarının birgə iştirakı ilə Heydər Əliyev Mərkəzində, Gənclər evində, ümumtəhsil müəssisələrində erkən nikahlara, insan alverinə, məişət zorakılığına, narkomanlığa, dini radikalizmə qarşı mübarizəyə dair maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə video çarxlar nümayiş olunmuş, tədbir iştirakçılarına bukletlər paylanılmışdır.

Rayon İcra Hakimiyyətində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Rayon İcra Hakimiyyətinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunun təşkilatçılığı, rayon komissiyasının üzvləri, məktəb direktorları, müavinləri, psixoloqlar, uşaq birliyi təşkilat rəhbərlərinin, gənclər və məktəblilərin iştirakı ilə tədbir keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər