Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

2022-ci ildə rayon üzrə 504 uşaq doğumu qeydə alınmış (2021-ci ildə 466), 0-1 yaşa qədər 2 uşaq ölümü olmuş (2021-ci ildə 1), 23 nəfər ilkin vərəm xəstəsi aşkarlanmışdır   (2021-ci ildə   bu göstərici  17 olmuşdur). Azərbaycan   Respublikasının   Nazirlər   Kabinetinin   Azərbaycan   Respublikasında  COVID-19 xəstəliyi   əleyhinə   2021-2022-ci   illər   üçün   Vaksinasiya Strategiyası”nın təsdiq olunması barədə Sərəncamına uyğun olaraq rayon əhalisinin peyvəndlənməsi prosesi davam etdirilmiş, 2022-ci ildə cəmi 15833 nəfərə vaksin, o cümlədən 14508 nəfərə buster doza vurulmuşdur. Bir ölüm halı qeydə alınmışdır.

Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin qrafikinə uyğun olaraq hesabat dövründə Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmiş, aksiyada 250 nəfərə yaxın rayon sakini iştirak etmişdir.

Hesabat dövründə gigiyena və epidemiologiya tədbirlərinin həyata keçirilməsinə diqqət artırılmış, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən uşaq və yeniyetmə müəssisələrində 15, kommunal obyektlərdə 26 yoxlama keçirilmiş, sanitar müayinələr aparılmışdır. Yoxlama nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün sanitar sağlamlaşdırma tədbirləri həyata keçirilmişdir.

Keçidlər