Kənd təsərrüfatı işçiləri günü münasibətilə tədbir keçirilib
Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, kənd təsərrüfatı təmayüllü idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri və fermerlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkında Ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. İcra başçısının birinci müavini Ramo Hacıyev çıxış edərək tədbir iştirakçılarını və aqrar sahədə çalışan bütün əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Tədbir Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında davam edib. Zərdab DAİM-in direktoru Nazim Hüseynov və digərləri çıxış edərək aqrar sahədə Ulu Öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, cənab Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, bu sahənin inkişafından və qarşıda duran vəzifələrdən danışıb. Tədbirin sonunda nümunəvi fermerlər və işdə fərqlənən əməkdaşlar təltif ediliblər.






