Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyət

Rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi barədə

ZƏRDAB RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ SƏRƏNCAMI

Azərbaycan  Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr  tarixli  3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın 5.7.5-ci yarımbəndinə əsasən gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndini rəhbər tutaraq qərara alıram

1. Könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məmmədov Kamil Əbülfət oğlu könüllülərlə iş üzrə koordinator müəyyən edilsin.

2. Könüllülərlə iş üzrə koordinator Kamil Məmmədova tapşırılsın ki:

2.1. Rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə tədbirlər planı hazırlasın və Rayon İcra Hakimiyyəti Başçısına təqdim etsin;

2.2. Bu sahədə fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirsin.

3. Sərəncamın icrasına nəzarət və könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq səlahiyyəti Rayon İcra Hakimiyyəti Başçısının müavini Ramo Hacıyevə həvalə edilsin.

4. Görülümüş işlər barədə rübdə bir dəfə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı

Lütvəli Babayev

Zərdab şəhəri, 11 mart 2019-cu il
           № 23

Keçidlər