Könüllü fəaliyyət
Zərdab rayonunda könüllülük fəaliyyəti ilə əlaqədar görülmüş işlər
Zərdab rayonunda könüllülük fəaliyyəti ilə əlaqədar görülmüş işlər
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Rayonda gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi məqsədilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 11 mart 2019-cu il tarixli 23 nömrəli Sərəncam imzalanmışdır.