Şriftin ölçüsü :

Saytın rəngi :

01 yanvar 2023-cü il tarixə ət istehsalı 43788,0 sentner, süd istehsalı 319649,0 sentner, yumurta istehsalı 8103,0 min ədəd,yun istehsalı 2096,0 sentner olub

15 fevral 2023 | 10:44

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta,yun istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 yanvar 2023-cü il vəziyyətinə) 54986 baş iri buynuzlu, 114987 baş xırda buynuzlu heyvan var. 01 yanvar 2023-cü il tarixə ət istehsalı 43788,0 sentner, süd istehsalı 319649,0 sentner, yumurta istehsalı 8103,0 min ədəd,yun istehsalı 2096,0 sentner olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2022-ci ilin yanvar-dekabr ayları ərzində 4775 baş inək və düyələrdə süni mayalanma aparılmış, 3585 baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər