Şriftin ölçüsü :

Saytın rəngi :

01 yanvar 2025-ci il vəziyyətinə Zərdab rayonunda demoqrafik vəziyyət

10 mart 2025 | 14:13

Zərdab rayonunun ərazisi 0,86 min kv.km olmaqla 1 kvadrat kilometrə düşən əhalinin sayı  69 nəfər olmuşdur. Zərdab rayonunda  01 yanvar 2025-ci il vəziyyətinə 42 yaşayış məntəqəsi olmaqla 1 şəhər, 1 qəsəbə, 40 kənd yaşayış məntəqəsi mövcuddur.  İlkin hesablamalara görə 2024-cü ilin yanvar-dekabr ayları ərzində Zərdab rayonu əhalisinin sayı 123 nəfər və ya 0,2 faiz artaraq 59551 nəfərə çatmışdır. Əhalinin 20,2 faizi şəhər, 79,8 faizi isə kənd yerlərində yaşayır.

2024-cü ildə ilkin hesablamalara görə rayonda 373, hər gün orta hesabla 1 körpə doğulmuşdur ki, onların da 19,8 faizi şəhər və qəsəbələrdə, 80,2 faizi isə kənd yerlərində qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 11,8-dən 6,3-ə qədər azalmışdır.

Hesabat dövründə ilkin hesablamalara görə Zərdab rayonunda 282 ölüm halı qeydə alınmışdır. 1 yaşa qədər ölüm halı 4 nəfər olmuşdur . Ölənlərin ümumi sayından 10-14 yaşda 2, 15-19 yaşda 2, 25-29 yaşda 2, 30-34 yaşda 5, 35-39 yaşda 5, 40-44 yaşda 6, 45-49  yaşda 2, 50-54 yaşda 5, 55-59 yaşda 18, 60-64 yaşda 27, 65-69 yaşda 42, 70-74 yaşda 39, 75-79 yaşda 19, 80-84 yaşda 37, 85 yaşdan yuxarı 67 nəfər ölüm halları qeydə alınmışdır. Keçən ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 5,8-dən 4,7-yə qədər azalmışdır.

2024-cü ildə ilkin hesablamalara görə Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən təqdim olunan hesabata əsasən  Zərdab rayonu üzrə 85 nikah və 54 boşanma halı qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4-dən 1,4-ə qədər düşmüşdür.  Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4-dən 0,9-a qədər azalmışdır.

2024-cü ildə Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən təqdim olunan hesabata əsasən rayona daimi yaşamaq üçün gələnlərin sayı 44 nəfər, rayondan isə 12 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 32 nəfər  təşkil etmişdir.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər