01.07.2025-ci il tarixdə Vətən müharibəsinin şəhidi Rəhim Hüseynovun doğum günü qeyd edilib
Zərdab rayonunun Gəlmə kəndi sakini, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış, mayor Rəhim Qədir oğlu Hüseynovun doğum günü qeyd olunub. Tədbirdə Millət vəkili Jalə Əliyeva, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İcra Aparatının məsul şəxsləri, Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri Əvəz Soltanov, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.






