Şriftin ölçüsü :

Saytın rəngi :

01.12.2023-cü il tarixdə şəhər 2 saylı tam orta məktəbdə təhsilalanlarla görüş keçirilib

01 dekabr 2023 | 19:04

01.12.2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin və Zərdab Rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Zərdab şəhər 2 nömrəli tam orta məktəbində “Məişət zorakılığı, insan alveri və uşaqlara qarşı zorakılıqla necə mübarizə aparmaq olar?” mövzusunda tədbir keçirilib.     

Çıxış edənlər zorakılığın  formaları və uşaqlara qarşı  törədilən bu əməllərin bütün dünyada aktual bir problem olduğunu və dövlətimizin  bu problemlə fasiləsiz mübarizə apardığını qeyd etmişlər.

Tədbirdə həmçinin zərərli vərdişlərin, erkən nikahların insan üçün psixoloji və bioloji zərərləri, dini radikalizmin fəsadları, uşaqlara qarşı hansı formada zorakılıqların baş verməsi, kimlərin zorakılığa daha tez məruz qala biləcəyi və bunun qarşısının alınması yollarından  bəhs edilib.

Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər