Şriftin ölçüsü :

Saytın rəngi :

02.05.2024-cü il tarixdə Məmmədqasımlı kəndində maarifləndirici tədbir keçirilib

02 may 2024 | 18:41

02 may 2024-cü il tarixdə Məmmədqasımlı kənd İƏD üzrə nümayəndəlikdə Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı, kənd ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçilərinin və valideynlərin iştirakı ilə “Uşaqların doğulanadək cins seçiminin və qızların təhsildən yayındırılmasının qarşısının alınması” mövzusunda  görüş keçirilib. “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Plan”ın icrası ilə bağlı təşkil olunmuş tədbirdə 2023-cü ildə Azərbaycanda doğulan 112 min 620 körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisinin 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisinin isə 46,9 faiz olması qeyd olunmuş, ailədə böyüyən övladlar arasında ayrıseçkiliyə yol verilməsinin mənfi nəticələri, qızların təhsildən yayınması hallarının qarşısının alınması və erkən nikah problemləri haqqında söhbət aparılmışdır.

Keçidlər