02.06.2025-ci il tarixdə Vətən müharibəsinin şəhidi, Zərdab rayonunun Körpükənd sakini İlkin Ağayevin doğum günü qeyd olunub
Doğum günü münasibətilə Zərdab Rayon İHB-nın birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri İlkin Ağayevin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarlarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıqlarından bəhs edib, ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğısından söhbət açıblar. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.