Şriftin ölçüsü :

Saytın rəngi :

02.07.2025-ci il tarixdə “Erkən evlilik, qohum evliliyi, sosial şəbəkələrdən aslılıq və fəsadları” mövzularında tədbir keçirilib

02 iyul 2025 | 18:16

Zərdab rayon Mədəniyyət Mərkəzində Rayon İcra Hakimiyyəti Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi əməkdaşlarının birgə təşkilatçılığı ilə “Erkən evlilik, qohum evliliyi, sosial şəbəkələrdən aslılıq və fəsadları” mövzularında tədbir keçirilib.

Tədbir erkən evliliklər və qohum evliliklərinin qarşısının alınması, bu sahədə qanunvericiliyə edilən dəyişikliklər, həmçinin sosial şəbəkələrin mənfi nəticələrinin azyaşlıların və yeniyetmələrin həyatına mənfi təsirləri, bütün bunlarla birlikdə mübarizə aparmaq üçün əhalinin məlumatlandırılması məqsədi ilə təşkil olunub.

Tədbirdə çıxış edənlər qanunvericiliyə “erkən evlilik” anlayışının daxil edilməsi, 16 yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynlərinin məsuliyyətə cəlb olunması barədə məlumat veriblər. Müvafiq sahədə qanunvericiliyə edilən dəyişikliklərin cari ilin 1 iyul tarixindən qüvvəyə mindiyini iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin erkən evlilik və qohum evliliklərin zərərlərindən, sosial şəbəkələrin insan həyatına mənfi təsirləri haqqında danışılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər