Şriftin ölçüsü :

Saytın rəngi :

04 aprel 2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində yanğınlar zamanı qabaqlayıcı tədbirlərin görülməsi və yanğın təhlükəsizliyi qaydaları mövzusunda maarifləndirmə tədbiri keçirilib

04 aprel 2025 | 19:12
Zərdab Rayon Fövqəladə Hallar komissiyası, Zərdab rayon DYMH-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, Rayon Polis Şöbəsinin, Zərdab rayon DYMH-nin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Zərdab Rayon Fövqəladə Hallar komissiyasının sədri Ramo Hacıyev bildirib ki, bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, təsərrüfat fəaliyyəti zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl etməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaklara, o cümlədən həyat və sağlamlığın təhlükə ilə üzləşməsinə səbəb olur. Belə halların baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsi məqsədilə inzibati ərazilərdə vətəndaşlarla mütəmadi görüşlər keçirilməli, onlarla bu sahədə maarifləndirici söhbətlər apararaq mövcud qanunvericiliyin tələbləri insanlara çatdırılmalıdır.
Aidiyyəti təşkilatların əməkdaşları çıxış edərək əkin sahələrinin yanğından qorunmasının tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatlarında çalışan bütün şəxslərin əsas vəzifələrindən biri olduğunu və bu sahədə onların qarşısında ciddi məsələlər durduğunu qeyd ediblər. Baş verə biləcək yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq, yanğın təhlükəsizliyinə dair tələblər barədə, kol-kos, qamışlıqların yandırılması və bu halları törədən şəxslərin qanun qarşısında məsuliyyət daşıdığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Keçidlər