04.04.2024-cü il tarixdə 1 saylı məktəb-liseydə məktəbli qızlarla görüş keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı və “Rayon Mərkəzi Xəstəxanası PHŞ” əməkdaşının iştirakı ilə şəhər 1 saylı məktəb-liseydə “Mənim təhsilim cəmiyyətin inkişafıdır”, “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında məktəbli qızlarla görüş keçirilib.
Çıxış edənlər təhsilin əhəmiyətindən, təhsilli bir qadının cəmiyyət üçün önəmindən, milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibətin gələcəyimiz üçün təhlükəsindən, müasirləşən ölkəmizdə yetişən gəncliyin qloballaşma adı altında öz milli dəyərlərindən uzaq düşməsindən söhbət açmış, sosial şəbəkələrin zərərli tərəfləri qeyd olunmuşdur. Həmçinin erkən nikah, repruduktiv sağlamlıq mövzularında da diskusiya aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.